Bizi Yaxından Tanıyın

“START GROUP SERVİCE”MMC-yə məxsus olan və Babək prospekti 43A ünvanında yerləşən “START SERVİS” avtomobil təmiri və ehtiyat hissələrinin topdan və pərakəndə satış mərkəzi bütün marka avtomobillərə xidmət göstərən universal servisdir.

Şirkətimiz yeni yaransa da (Aprel, 2021), hər biri öz sahəsində böyük iş təcrübəsinə malik olan, bundan öncə də vahid komanda şəklində birlikdə çalışmış idarəçilər, ehtiyat hissələri mütəxəssisləri, servis məsləhətçiləri və usta-şagird heyətindən ibarət olan kollektivə sahibdir.

 Servisimiz 18 qaldırıcı qurğu, 1 razval-balans qurğusu, 1 şassi dartma qurğusu və boya kabinəsi də daxil olmaqla keyfiyyətli xidmət göstərmək üçün zəruri olan bütün müasir servis avadanlıqları ilə təchiz edilmişdir.

 Servisimiz müştərilər üçün öz avtomobillərinin təmiri prosesini monitordan izləyə biləcəkləri rahat gözləmə otağı ilə təmin olunmuşdur.

 Avtomobil sahibləri servisimiz tərəfindən periodik olaraq təşkil edilən müxtəlif kampaniyalardan yararlana bilərlər.